Ankara

Anadolunun ən əhəmiyyətli sənaye şəhərlərindən biridir. Bir çox dövlət idarəsi və xarici səfirliklər bu şəhərdə yerləşir.

Şəhərin tarixi çox əvvəllərə dayanır. Firik və Hititlər, Lidyalılar, Makedonlar, Romalılar və Osmanlıları Ankaranın tanımış və təsirlənmiş olduğu mədəniyyətlərə misal gətirmək olar.

Bir əfsanəyə görə Firik kralı Ankarada bir anker tapıb və şəhərin adı da əski yunan dilindəki anker mənasına gələn ancyra sözündən gəlir.Şəhərin adının kökəni ilə bağlı bunun kimi çox saylı əfsanələr mövcuddur.

Ankarada quru iqlim hakimdir. Şəhərə dəmir yolu,magistral yol və hava yolu ilə getmək mümkündür.

Türkiyə Böyük Millət Məclisi Ankarada yerləşir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün qəbri Ankaranın Anıttepe səmtində Anıt Qəbristanlığındadır.

Ankara eyni zamanda ODTÜ, Bilkent, Hacettepe, Qazi, Başkent, Ankara Universiteti kimi güclü universitetlərin şəhəridir.

 

Təhsil Axtarmaq

Universitetin tipi

Üniversitet Adı

Şəhər

Kateqoriya

Şöbələr


Interviews with Turkish University Executives