100.000 TL Virtual, Həyəcan Real!

11-ci sinif şagirdləri, 1-ci və 2-ci kurs tələbələri üçün  Virtual Birja Yarışı!

Özyeğin Universiteti tərəfindən təşkil edilən “Virtual Birja Yarışı” şagird və tələbələrə İqtisadiyyat və Finans mövzularını həm öyrənmək, həm də təcrübə qazanmaq imkanı yaradacaq şəkildə dizayn edildi!

2009-cu ildən bəri hər il daha böyük iştirakçı kütləsinə malik olan orta məktəb şagirdlərinə, 1-ci və 2-ci kurs tələbələrinə Virtual Birja Yarışı bu il Özyeğin Universitetinin liderliyində ATİG Menkul Değerler A.Ş. dəstəyiylə həyata keçirilir.

Müraciət formunu doldurduqdan sonra iştirakçılar təşkil olunacaq seminarlar ilə yarışa hazırlanacaqlar. 6 aprel tarixində təşkil olunacaq təhsil proqramı çərçivəsində Dr. Emrah Şenerin finans bazarı ilə tanışma prosedurunu paylaşacağı “18 Yaşından Əvvəl 100.000 TL Qazanmaq!” başlıqlı seminar ilə iştirakçılar yeni bir üfüq səyahətinə çıxacaqlar.

ATİG Menkul Değer A.Ş. idarəçilərinin təcrübələri ilə zənginləşdirəcəyi “Finans Bazarlarına Giriş və Karyera İmkanları” seminarı və “Virtual Birja Tətbiqetməsinin İstifadəsi” seminarının ardından iştirakçılar həm finans bazarı haqqında, həm də yarış boyunca istifadə edəcəkləri tətbiqetməyə aid məlumatlı olacaqlar.

İqtisadi fikrin və finans bazarını anlama qabiliyyətlərinin daha gənc yaşlarda qazanılmasına şərait yaratmaq və ölkə iqtisadiyyatının gələcəyində aktiv fərdlər olaraq fəaliyyət göstərmək hədəfi olan məktəb şagirdləri və tələbələrin təcrübə qazanmasına imkan yaratmaq məqsədiylə təşkil edilən bu yarışda “Gənc Birjaçılar” hədiyyələr qazanacaqlar  

Hədiyyələr

Yarış boyunca birja əməliyyatları sayəsində ən yüksək gəliri əldə edən “Gənc Birjaçılar”-ın qazanacağı hədiyyələr.

Ən yüksək portfel dəyərini əldə edən Birinci iştirakçı: Apple iPhone 5

Ən yüksək portfel dəyərini əldə edən İkinci iştirakçı:  Apple iPad Mini 

Ən yüksək portfel dəyərini əldə edən Üçüncü iştirakçı: Apple iPad Mini 

Yarış təqvimi 15 mart – 5 aprel 2013  Hədiyyəli Virtual Birja Yarışına qeydiyyat 

6 aprel 2013: “18 Yaşından Əvvəl 100.000 TL Qazanmaq!”, Bakı Türk Anadolu Liseyi

8 aprel – 6 may 2013: Virtual Birja Yarışı 

Başvuru: http://ozyegin.edu.tr/sanalborsa/basvuru

Təhsil Axtarmaq

Universitetin tipi

Üniversitet Adı

Şəhər

Kateqoriya

Şöbələr


Interviews with Turkish University Executives