Tez-Tez Soruşulan Suallar


     1. Türk universitetlərinə daxil olmaq  üçün hansı şərtlər mövcuddur?  Xarici tələbələr hansı imtahanlara girməli və hansı balları toplamalıdır?

   Orta ümumtəhsil məktəb diplomu(attestat) yada onunla eyni səviyyədə sayılacaq diplomlara sahib tələbələr Türkiyədə universitet təhsili ala bilərlər. Eyni şəkildə ,bakalavr səviyyəsində  təhsilini  tamamlayan tələbələr də magistratura təhsilinə müraciət edə bilərlər.Bu halda,  Türkiyənin Ali Təhsil Qurumu (YÖK) -na müraciət edərək diplomlarının Türkiyədəki etibarlılığını öyrənə bilərlər.
  Əvvəllər xarici tələbələrin YÖS (Xarici Tələbə İmtahanı)-ə girmələri zəruri idi ancaq indi hər universitet özü imtahan təşkil etməkdədir. İmtahanlarda istənən ballar da universitetdən universitetə dəyişiklik göstərməkdədir.
   Türkiyədə tibb təhsili 6, dişcilik və  baytarlıq təhsili 5 ildir. Dİgər bakalavr ixtisaslarının təhsili ümumiyyətlə 4  ildir.
Umumiyyətlə magistratura proqramlarında bakalavr diplom qiymətlərinin ədədi ortasının ən az %55 olması istənilir.  Müdafiəsiz magistratura proqramları da mövcuddur.
Doktora proqramları için  isə magistratura diplom qiymətlərinin ədədi ortasının ən az %65 olması istənilir.
    Bəzi universitetlərdə İngilis dilində təhsil almaq mümkündür, ancaq təhsil dili adətən Türk dilidir və bu proqramlarda təhsil almaq üçün Türk dili imtahanlarına girməyiniz zəruridir. İngilis dilindəki proqramlar üçün isə TOEFL, IELTS kimi imtahanlara girmək və yetərli balı toplamaq gərəklidir.

    Tələbələr proqramlara Payız və Yaz rüblərində qəbul edilir.    
          1. Ana dilim İngilis dili deyil amma öz ölkəmdə İngilis dilində təhsil almışam, yenə də İngilis dilində səviyyə isbatlama imtahanlarına girməliyəm mi?
Adətən dil səviyyənizi isbat etməyiniz zəruridir ancaq  müraciət edəcəyiniz proqramın  səlahiyyətli şəxsləriylə bu mövzu haqqında görüşməyinizi tövsiyyə edərdik.
          
          2. Öz universitetimdəki dərslərimi Türk universitetlərinə transfer etməyim mümkündür  mü?
               Eyni dərsləri bir daha almamaq kimi bir şansım var mı?

Bu mövzuda universitetlər dərslərin məzmunu və başqa kriteriyaları nəzərə alaraq qərar verirlər. Eyni kriteriyalara sahib dərslər adətən transfer olunur, yəni o dərsi bir daha almaq  məcburiyyətində qalmırsınız.

           
           3.  Türkiyədəki ən yaxşı Türk dili kursları hansılardır?

Bu mövzuda heç bir tərəf tutmuruq ancaq təcrübələri səbəbi ilə TÖMER və DİLMER olduğunu qeyd edə bilərik.
           4. Türkiyədəki ən yaxşı İngilis dili kursları hansılarıdır?

Bu mövzuda da hər kəsin öz öyrənmə stilinə görə fərqli kurslar olmaqla birlikdə ən təcrübəli kurslar olaraq Berlitz və British Council kurslarını örnək göstərmək olar.

          5.  Şimali Kipr Türk Respublikasında təhsil almaq necə fikirdir?

Möhtəşəm bir fikirdir. Yaxında bu mövzu haqqında da  bilgilər verəcəyik.

          6. Türkiyədə hüquq, tibb ya da mühəndislik təhsili ala bilərik mi?
Arzu etdiyiniz hər ixtisas üzrə Türkiyədə təhsil almağınız mümkündür.

          7.  Bir dövlət universitetində təhsil almaq necədir?
Türkiyədə dövlət universitetləri köklü bir keçmişə sahib olub təhsil keyfiyyətləri olduqca yüksəkdir. Hər ötən gün tələbələrinə təqdim etdikləri imkanlar da artmaqdadır.

           8.  Universitet yataqxanalarının şəraiti necədir?
Bir çocu komfortludur və yemək pişirə biləcəyiniz mətbəxləri yada yemək ehtiyacınızı qarşılaya biləcəyiniz kantin və yeməkxanaları mövcuddur. Adətən qız və oğlan tələbələrin yataqxanaları fərqlidir. Otaqlar bir nəfərlik olmaqla bərabər bəzi yataqxanalarda 4-6 nəfərlik də olur.

           9. Türkiyədə təhsil almaq üçün təqaüd imkanları mövcuddur mu?
Özəl universitetlərin demək olar ki hamısının öz təqaüd imkanları mövcuddur. Bu təqüdlərdən Türkiyə  Respublikası Xarici İşlər Nazirliyinin də xarici tələbələr üçün təqaüd imkanları mövcuddur.
       
         10. Özəl və dövlət universitetlər arasındakı fərq nədir?
Özəl universitetlərin təhsil haqqları, dövlət universitetlərininkinə nəzərən daha yüksəkdir.
Dövlət universitetlərində nə qədər təhsil haqqı ödənir?
Xarici tələbələr  dövlət universitetlərində  illik 240 $-1500 $ arasında təhsill haqqı ödəyir. Təhsil  alınan proqrama və universitetə görə təhsil haqqı dəyişməkdədir.
Özəl universitetlərin təhsil haqqları nə qədərdir?
5000 $ - 12000 $  arasıdır.
Türkiyəyə gələndə özümlə nə gətirməliyəm?
Hər bölgə və şəhərin iqlimi dəyişiklik göstərdiyi üçün gedəcəyiniz şəhərin şərtlərinə görə  çamadanınızı  hazırlamağınız məsləhətdir.

Təhsil Axtarmaq

Universitetin tipi

Üniversitet Adı

Şəhər

Kateqoriya

Şöbələr


Interviews with Turkish University Executives