Niyə Türkiyədə təhsil?

Mədəniyyət: Türkiyə çox fərqli mədəniyyətlərin bir yerdə yaşadığı, köklü bir keçmişə sahib ölkədir. Coğrafi nəzərdən tam bir keçiş nöqtəsindədir. Doğurdan da bir körpü rolunu oynamaqdadır.

Türkiyədə özünüzü eyni zamanda həm evdə həmdə xarici vətəndaş kimi hiss etməyiniz mümkündür. Osmanlı, yunan, ərəb, aralıq dənizi, balkan mədəniyyətlərindən parçaları Türkiyədə tapmaq olar.

Türkiyədə fərqli mədəniyyətlərə qarşı torelrantlıq hakimdir. İnsanları fərqli mədəniyyətlərə hörmət etdiklərini, əliaçıq və dostcanlısı olduqlarını görə bilərsiniz. İqlim, təbiət,tarix,mədəniyyət şəhərdən şəhərə, kənddən kəndə dəyişir. Türkiyədə heçvaxt sıxılmazsınız.

Həyat Xərcləri
Avropa ölkələri ilə müqayisə edərsək Türkiyədə həyat xərcləri daha aşağıdır.İstanbul kimi kozmopolit bir şəhərdə də çox uyğun qiymətlərlə yaşamaq seçimləriniz mövcuddur. Dövlət universitetlərinin illik təhsil haqqları yüksək deyildir ; özəl universitetlər isə Avropa və Amerikadakılarla nisbətdə olduqca uyğun təhsil haqqı istəməkdədir.

Təhsil və Araşdırma:
Türkiyə əsrlərdir akademik müvəffəqiyyətlərə ev sahibliyi etmiş bir ölkədir. Akademiklər təkcə elmi müvəffəqiyyətləriylə deyil , eyni zamanda tələbələrinə dəstək olmaları ilə də məşhurdurlar. Bir çox ən son texnologiyalara sahib orta ümumtəhsil məktəbləri və universitetlər mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibdən mühendislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.

Təcrübə:
Fərqli bir ölkədə, fərqli bir mədəniyyət içində yaşamaq həyatınızda çox qısa bir zamanda gözəl təcrübələr əldə etməyinizə səbəb olur və daha məhsuldar bir professional, sosial və akademik həyata qapılar açır. Əlbəttə, dünya görüşünüz də zənginləşir.

Türkiyə Asiya ilə Avropa, Afrika və Rusiya, Balkanlar və Yaxın Şərq arasında bir körpü rolunu oynayır.Türk dilini öyrənə bilər və yeni dostluqlar qazana bilərsiniz.

Təhsil Axtarmaq

Universitetin tipi

Üniversitet Adı

Şəhər

Kateqoriya

Şöbələr


Interviews with Turkish University Executives